Şən arvad həyatın şənliyidir.

= A cheerful wife is the joy of life. = Весёлая жена веселье в жизни.
şələsini tutmaq
şənbəsiz həftə olanda
OBASTAN VİKİ
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Həyatın mənası
Fəlsəfi bir sual olan "Həyatın mənası nədir?" sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və "məna" sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: "Həyatın mənşəyi nədir?", "Kainatın və həyatın təbiəti nədir?", "Həyatı dəyərli edən nədir?", "İnsan həyatının məqsədi nədir?" Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, "həyatın mənası" problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. Bir çox insan müəyyən bir dövrdə özlərinə "həyatın mənası nədir?" sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar … gəlirlərin artması və sosial statusun yüksəldilməsi. … başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq … səni incidənləri yox etmək və ya pasifist olmağa çalışmaq … Yaşamaq … öz ailənizi və ya başqasının ailəsini qorumaq … güc qazanmaq və gücdən istifadə etmək … kitab və ya rəsm kimi sənət əsərlərini miras qoymaq/buraxmağa çalışmaq … fiziki, maddi və ya əqli azadlıq əldə etmək … məşhur olmaq … çox övladlı olmaq Hikmət və bilik … mütəmadi sual vermək və ya sual verməmək … hüdudlardan kənarları araşdırmağa çalışmaq … kiminsə səhvlərindən nəticələr çıxarmaq … daimi olaraq həyatın mənasını başa düşməyə və anlamağa çalışmaq … bir insanın baxış bucağını/dünyagörüşünü dəyişdirmək Əxlaqi … mərhəmət göstərmək … başqaları ilə və təbiətlə dinc şəraitdə yaşamaq … aşiq olmaq … aşiq etdirmək … fəzilətli olmağa çalışmaq … digər insanlara xidmət etmək … ədalət üçün çalışmaq Dini və mənəvi.
Həyatın anlamı

Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur. Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib. Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan. Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında, Min gül açır Gəncəmizin hər budağında.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
İlhan Şən
İlhan Şen (1987) Türk aktyor və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. Aktyor'luq və eynilə model'lik kariyeralarında çox böyük uğur əldə etmişdir. İlhan Şen 19 dekabr 1987-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdur. Onun iki yaşı olanda ailəsi Bolqarıstan'dan Türkiyə'yə köçmək məcburiyyətində qalmışdır. Uşaqlıqdan basketbol və futbol klublarında (Fənərbaxça və s.) peşəkar gənc idmançı kimi çıxış etmişdir. İbtidai və orta təhsilini İstanbul'da başa vurduqdan sonra Yıldız Texniki Universitetində təhsil almışdır, oranı inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 17 yaşından modelliyə başlamışdır.2008-ci ildə Best Model of Turkey yarışmasına qatılmışdır və "Ən yaxşı üzgüçülük paltarı model'i" mükafatını almışdır. 2009-cu ildə yenidən müsabiqəyə qayıtmışdır və bu dəfə birinci yeri qazanaraq "Best Model of Turkey 2009" adını qazanmışdır. Bolqarıstan'ın paytaxtı Sofiya'da keçirilən "Best Model of The World 2009"da Türkiyəni təmsil etmişdr və "Best Model of Europe" olmuşdur.
Arvad (film, 1916)
Arvad tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" səhmdar cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları A.Polonski, P.Amiraqon, K.Piontkovskaya, Regina Lazareva və Y.İvanova ifa edirlər. Film o vaxtlar dəbdə olan yazıçı Artsıbaşovun "Ər" romanına müəlliflərin ekran cavabıdır, yəni parodiyadır. Ssenari müəllifi: A.D.Panova-Potyomkina Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq A.Polonski P.Amiraqon K.Piontkovskaya Regina Lazareva — Odintsova Y.İvanova Yevgeni Muromski — milyoner-neftçi Karuzov Q.Rozen — Odintsovanın atası N.Bazanova — ana V.Lenin — Flerov K.Dobjinski — tələbə Orlov İ.Şulqin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar. Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.
Həyatın imzası (kitab)
Həyatın imzası (Eramızdan min illərlə əvvəl yaranmış ən qədim irfani nəzəriyyə) — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "Qədim irfani nəzəriyyələr" silsiləsindən olan kitabı. “Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox ariflərin sözlərində və irfani təlimlər barədə yazılmış kitablarda rastlaşırıq. Kitab 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 168 səhifədə 60x90 ölçüsündə çap edilib. Ölülərin hakimiyyəti "Həyatın İmzası" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib.
Həyatın yaşam sığortası
Həyatın yaşam sığortası (ing. endowment insurance) – sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növü. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir. Həyatın Yaşam Sığortası siyasəti sabit aylıq ödənişlərin edildiyi müddətdə risksiz, zəmanətli gəlir vəd edir. Bu sığorta məhsulunun əsas əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcbur dövlət sosial sığorta haqlarının çalışanların mənafeyinə olması barədə maarifləndirməkdir. “Həyatın Yaşam Sığortası” Sosial sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanır. Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanır. İstənilən müəssisə, təşkilat və idarədə çalışan şəxs bu sığorta məhsuluna qoşula bilər və müqavilə əsasən, ikitərəfli (sığortaçı ilə sığortalı arasında) bağlanır. Sığortaolunan həyatın yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə, sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat etdiyi təqdirdə isə sığorta məbləği faydalanan şəxsə (yəni sığortaolunanın varisinə) ödənilir.
Həyatın təşkili səviyyələri
Həyatın təşkili səviyyələri — mürəkkəblik səviyyələrini əks etdirən biosistemlərin təşkilinin iyerarxik tabeli səviyyələri. Çox vaxt həyatın səkkiz əsas struktur səviyyəsi ayırd edilir: molekulyar, hüceyrə, toxuma, orqan , orqanizm , populyasiya-növ, biogeosenotik, biosfer. Tipik olaraq, bu səviyyələrin hər biri daha aşağı səviyyədə olan alt sistemlər sistemi və daha yüksək səviyyədə bir sistemin alt sistemidir. Qeyd etmək lazımdır ki, biosistemlərin səviyyələrinin universal siyahısını yaratmaq mümkün deyil. Aşağı səviyyədəki sistemlərdə olmayan yeni xüsusiyyətlər görünsə, ayrı bir təşkilat səviyyəsini ayırmaq məsləhətdir. Məsələn, həyat fenomeni hüceyrə səviyyəsində, potensial ölümsüzlük isə əhali səviyyəsində yaranır.
Şən Əhvalatlar (1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Ər və arvad (operetta)
"Ər və arvad" — şərqin ilk operettası olub,1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O vaxtdan, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb. Operettanın mövzusu ailədə və gündəlik həyatdakı, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadın. Təqdimat 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının teatr-sirkasında keçirilmişdir. Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, Hüseyn Ərəblinski səhnə rejissoru idi Üzeyir Hacıbəyov isə dirijor idi. Ər və arvad operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər.
Həyatın ilmələri (film, 2021)
“Həyatın ilmələri” sənədli filmi Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuşdur. Qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm Studiyası" MMC-də istehsal olunmuşdur.
Həyatın mənası (film, 1979)
Bizim Şən Yayımız (1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Şən və Hazırcavablar Klubu
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Şən əhvalatlar (film, 1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Ər və arvad (musiqili komediya)
Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. "Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir.
Ər və arvad (serial, 2016)
Ər və arvad — Elman Dadaşoğlu (2016) və Samirə Cəfərova (2017) rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı, komediya. Serial 11 iyun 2016-cı ildə televiziya da yayımlanıb. Könül (Kəmalə Piriyeva) uşağı olmasını istəyir. Lakin Yaşar (Elcan Rəsulov) bunu istəmir. Könül və Yaşar arasında çox vaxt sözləri çəp gəlir. Yaşar pərdə mağazasında işləyir.
Bizim şən yayımız (film, 1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
Həyatın 12 qaydası: Xaos üçün antidot